14-08-2015 [11:57]
Hazırda həbsdə olan futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov avqustun 12-də onunla görüşüb.
Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə çox təəssüfləndiyini bildirib və mərhumun qohumlarına və əzizlərinə başsağlığı verib. Cavid Hüseynov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.
Bu haqda "Azadlıq" radiosuna vəkilAdəm Məmmədovdanışıb. Vəkil bildirib ki, Cavid Hüseynov baş vermiş hadisədən sonradan xəbər tutub:
"Cavid Hüseynov deyir ki, onu Rasim Əliyevdən daha pis tənqid və təhqir edənlər olub. O, Rasimə ona görə zəng edib ki, həmin görüntülərin yanlış anlaşıldığını bildirsin. Hətta telefon danışığı zamanı yerli olduqlarını biliblər və normal sağollaşıblar.
Cavidin xəbəri olmadan bibisi oğlu yenidən Rasimə zəng edib və bu zaman aralarında mübahisə düşüb.
Cavid deyir ki, həmin hadisədən yalnız sonradan xəbər tutub. Və bibisioğluna mesaj da göndərib ki, "lazım deyildi bu hərəkət, biz özümüz danışıb, razılaşmışdıq". Cavid bu hadisədən dolayı çox üzgündür. Günahkarların ən sərt şəkildə cəzalandırılmasını istəyir”.
Adəm Məmmədov, özəlliklə, sosial şəbəkələrdə bu hadisənin hansısa üçüncü şəxslər tərəfindən törədilməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib. Vəkilin fikrincə, bu hadisə sırf məişət zəminində baş verib:
"Mən deyə bilmərəm burada hansısa bir kənar, üçüncü qüvvə olub... Amma Cavidlə söhbətlərdən görünən odur ki, hadisə sırf məişət zəminində baş verib. Bu hadisədə həkim səhlənkarlığı da olub. Həkim vaxtında xəstəyə lazımi tibbi yardım göstərsəydi, bəlkə də o vəfat etməzdi”.
Rasim Əliyevi əməliyyat edən cərrah Saday Əliyev də prokurorluqda dindirilir. O özü mediaya açıqlamasında bütün lazımi tibbi müdaxilələri etdiyini bildirir.
Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, cinayəti bilib xəbər verməməkdə ittiham edilir.Hazırda Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasındadır. Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində onun həbs qəti-imkan tədbirinin ləğv edilməsi ilə bağlı şikayətinə baxılacaq.
Avqustun 8-dəann.tv saytının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.
Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz Facebook hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videodaCavid Hüseynov Kirpirli bir jurnalistin "matçtda niyə Türkiyənin bayrağını qaldırdınız" suallına əl hərəkətləri ilə cavab verdiyi görünür.Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.
Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir.Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi