Maliyyə hesabatı verməyən partiyalarla bağlı tədbir görüləcək

img

14-08-2015 [11:00]


"Siyasi partiyalar bu ildən maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyyalarına təqdim edirlər. Yəni, bu ilk təcrübədir. Yenilik olduğu üçün hər hansı narahatlığın yaranmasını müşahidə etmirəm”.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, maliyyə hesabatının təqdim edilməsi üçün bu ilin sonuna kimi vaxt var:

"Ola bilər, bəzi partiyaların hansısa problemləri var. Biz bunu araşdırırıq. Əlbəttə ki, bu ilin sonunda qanunvericiliyin tələblərinə uyğun olaraq çox ciddi şəkildə tədbirlər görüləcək. Bununla bağlı məlumatlar veriləcək”.

Qeyd edək ki, rəsmi dövlət qeydiyyatından keçən 55 partiyadan 51-i maliyyə hesabatını MSK-ya təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA