Torpaq pozuntularına qarşı reydlər başlandı – Komitə yeni qərarlar qəbul edir

img

14-08-2015 [10:08]


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən torpaqlara dövlət nəzarəti başlanandan sonra bu sahədə çoxsaylı pozuntular aşkarlanıb. 

Bu barədə ƏMDK-dən bildirilib. 

Qeyd edək ki, prezident İlham Əliyevin fərmanı ilə ƏMDK-nin yeni əsasnaməsi təsdiqlənib və komitəyə torpaqlardan istifadəyə nəzarətlə bağlı əlavə səlahiyyətlər verilib. Bu sahədə başlanan ilk nəzarət tədbirləri nəticələrini verməyə başlayıb.

2200-ə yaxın torpaq pozuntusu aşkarlanıb

ƏMDK-dan verilən məlumata görə, torpaqlara nəzarət məqsədilə torpaq müfəttişləri Bakıda və ölkənin regionlarında reydlərə başlayıblar. Reydlər nəticəsində qısa müddətdə 2200-ə yaxın ciddi pozuntu aşkar edilib. Bura dövlət torpaqlarından təyinatına uyğun olmayn istifadə mühafizə ərazilərində qanunsuz tikinti işlərinin aparılması, dövlət torpaqlarının zəbti və sair hallar aiddir.

Məhkəmə iddialar qaldırılıb

Aşkar edilən pozuntuların aradan qaldırılması ilə bağlı ciddi tədbirlərə start verilib. Komitənin məlumatına görə, pozuntuya yol verən şəxslərə qarşı onlarda protokol tərtib edilib, cərimələr təyin edilib. Daha ciddi pozuntular barədə isə məhkəmələrdə iddialar qaldırılıb. Bu iddiaların bir hissəsi dövlət torpaqlarının icarəsi ilə bağlı pozuntulara yol verən şəxslərin müqavilələrinə yenidən baxılması və ya ümumiyyətlə ləğv edilməsinə aiddir.

Torpaq məsələsi açıq müzakirəyə çıxarılacaq

Torpaqlardan istifadə sahəsində aşkar edilən pozuntular, onların səbəbləri və görülən tədbirlər sabah, avqustun 14-də ƏMDK tərəfindən təşkil edilən İşgüzar Forumda müzakirə ediləcək. Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Bakı şəhəri və rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, Bakının rayonlarının bələdiyyə sədrləri və üzvləri, ictimai təşkilatlar və mətbuat nümayəndələri iştirak edəcəklər. Torpaqlara dövlət nəzarəti tədbirləri, burada aşkar edilən pozuntular və görülən tədbirlər mətbuatın və ictimaiyyətin iştirakı ilə geniş müzakirə olunacaq(Fins.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA