Əli Nağıyev deputat olmaq istəyindən danışdı: "Dediklərim kifayətdir"

img

13-08-2015 [15:51]


"Bu ilki parlament seçkilərinə qatılmağı qarşıma məqsəd qoymamışam. Ümumiyyətlə, bu barədə heç vaxt düşünməmişəm”.

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, Əli Nağıyev deyib.

Əli Nağıyev mövzuya dair digər suallara cavab vermək fikrində olmadığını deyib.

"Düşünürəm ki, dediklərim kifayətdir. Əlavə nəsə danışmaq fikrim yoxdur”.

Qeyd edək ki, Əli Nağıyev 1996-2006-cı illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə isə Azərbaycanın Belarusda səfiri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA