13-08-2015 [14:05]
Futbolçu Cavid Hüseynovun dostları tərəfindən döyülərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən, lakin orada əməliyyat edildikdən dərhal sonra vəfat edən jurnalist Rasim Əliyevlə bağlı yeni açıqlama yayılıb.
Mərhumu əməlyyat edən professor Saday Əliyev Mia.az-a göndərdiyi açıqlamada deyilir:
"Son günlər sosial şəbəkələrdə mərhum jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar çoxsaylı məlumatlar dərc olunur. Bu məlumatların bir çoxu birmənalı olaraq obyektiv faktlara əsaslandırılmayan "kütlə emosiyası”, populist çıxışlar və böhtan xarakteri daşıyır. Məsələnin məğzindən xəbəri olmayan bəzi insanlar hadisəyə sərbəst, iradi, tərəddüdsüz və birmənalı subyektiv münasibət bildirirlər. Məlumat üçün bir daha xatırladıram ki, mənim mərhum Rasim Əliyevin nə xəstəxanaya qəbulundan nə onun müayinəsindən və nəzarət olunmasından xəbərim olub və bu proseslərdə iştirak etməmişəm. Onun valideynlərini tanımıram, görməmişəm. Mənə yalnız məsul cərrah xəstəni təcili əməliyyat etməyi həvalə etdi və xəstəni mən yalnız əməliyyat stolunda görmüşəm. Vəssalam.
Lakin qeyd etməliyəm ki, əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı, ağır travma almışdır. Nəticədə xəstənin daxili orqanları əksəriyyəti parçalanmış, cırılmış, funksiyasını itirmişdir. Travmanın xarakteri, daxili orqanların vəziyyəti və əməliyyat barədə mən məlumat vermişəm.
Qeyd etməliyəm ki, alınmış bədən xəsarəti ağır kateqoriyaya aiddir (döş qəfəsinin və qarın nahiyəsinin müştərək travması, qabırğalarının çoxsaylı sınıqları, ağ ciyərin əzilməsi, dalağın partlaması, mədəaltı vəzinin cırılması).
Əməliyyatın həcmi travmanın xarakterinə uyğun olmuşdur. Lakin çox təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı. Xəstənin ölümü hər bir cərrah üçün dərin psixoloji şok, mənəvi travmadır. Allah ona rəhmət eləsin.
Bu hadisənin ən çox narahatlıq törədən tərəflərindən biri də odur ki, sosial şəbəkələrdə birmənalı olaraq xəstənin cərrahların səhvi nəticəsində ölməsi fikri iddia edilir. Bu vəziyyətdən istifadə edən insanlar məsələyə dəxli olmayan və tamamilə böhtan və şantaj xarakterli daşıyan məlumatlarla çıxış edirlər.
Məsələn şikayətçi Natiq Abdullayev iddia edir ki, guya atası da mənim icra etdiyim əməliyyat nəticəsində ölmüşdür(2014 –cü il).Bu məlumat tamamilə səhv və böhtandır. Mən xəstəni məsul cərrah kimi qəbul etmişəm, diaqnozu dəqiqləşdirmişəm lakin mənim nəzarətim altında digər cərrahlar onu əməliyyat etmişlər. Bu fakt Natiq Abdullayevə heç bir əsas vermir ki, guya mən xəstəni əməliyyat etməkdən imtina etmişəm. Mən məsul cərrah, professor kimi işin təşkilinə cavabdehlik daşımışam. Bəzi insanlar xəstəxanaların daxili iş prinsipləri barədə tam diletant olduqları halda, cərrəhın fəaliyyətinin ciddi məqamlarını tam sərbəstiliklə müzakirə etməyə girişirlər. Hərə bir versiya irəli sürür, hərə bir mülahizə yürüdür və dedikləri fikir barədə heç bir hüquqi məsuliyyət daşımırlar. XXI əsr "Linç Məhkəməsi ” qurmaq dövrü deyildir!
N.Abdullayevin nəzərinə çatdırıram ki, onun rəhmətlik atası heç də keçirilmiş cərrahi əməliyyatdan yox, ağ ciyər vərəm xəstəliyinin ağırlaşması nəticəsində ölmüşdür.
Təəssüf hissi doğuran odur ki, N.Abdullayevin doğma atasının sağlamlıq vəziyyəti barədə məlumatı olmamışdır. Bəzi insanların bu cür " psixoloji affekt (oyanma) ” xarakteri daşıyan çıxışları bir növ səsi eşidən, lakin onun haradan gəldiyini bilməyən insanın hərəkətinə bənzəyir. Bir nəfər emosional vəziyyətdə əsassız və böhtan xarakterli məlumat verir, işin əsasından məlumatsız kütlə onu təkrar edir. Bu cür insanlar heç də mərhumun və onun ailəsinin halına yanmaq hissi ilə yox, özlərinə sərf edən, böhtan, qərəzçilik və şantaj xarakteri daşıyan "ajiotaj” yaratmaq mövqeyi ilə çıxış edirlər.
Mən belə insanları obyektivliyə, ədalətə və şəffaflığa çağırıram. Biz sivil qanunlar əsasında inkişaf edən ölkədə yaşayırıq. Ona görə də populistik və ucuz effekt xarakteri daşıyan çıxışlardan, emosiyalardan uzaq olmaq lazımdır.
Mən bir daha mərhum Rasim Əliyevin ailəsinə və qohumlarına dərin hüznlə başsağlığı verirəm, Allahdan onlara səbr diləyirəm. Allah rəhmət eləsin".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi