“Autizm sindromlu uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və kompüter təlimi” layihəni icra olunur

img

13-08-2015 [13:36]


Azərbaycan Respublikası "Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Autizm sindromlu uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və kompüter təlimi”adlı layihəni icra edir.
Layihənin məqsədi autizm sindromlu uşaqların yaradıcılıq imkanları, bilik və bacarıqlarının müəyyənləşdirilib inkişaf etdirilməsi, kompüterdən istifadə qaydalarının mənimsənilməsi, valideynlərin maarifləndirilməsi , layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunması missiyasından ibarətdir. Layihənin qarşısına qoyduğu vəzifələr sadalanan məqsədlərin gerçəkləşdirilməsi yönündə bir sıra fəaliyyətlər - təlimlər, seminarlar, müsabiqələr, autizm sindromlu yaradıcılıq qabiliyyəti olan uşaqların əl işlərindən ibarət sərgilər və s. tədbirlər reallaşdırmaqdır.
XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur.Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikamıza əsasən ölkəmizdə təxmini 4000 yaxın uşaq autizm sindromundan əziyyət çəkir.Getdikgə bu say artmaq üzrədir.İctimai Birliyimizdə 1000 nəfərə yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyatdadır. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.
Bununla əlaqədar olaraq "Autizm sindromlu uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və kompüter təlimi”adlı layihəsi çərçivəsində 17.08.2015-ci il saat 11.00-da Müasir İnnovasiyalar Liseyində "Autizm nədir?”mövzusunda maarifləndirici treninq keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nəsimi ray. ,K.Səfərəliyeva küç.27 (Köhnə çay fabrikinin yaxınlığında)Əlaqə tel:(050)370 23 48,(055)570 40 20,(012)511 21 05
Təşkilat haqqında:
"Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi ” İctimai Birliyi (ADPYM) 2008-ci ildə yaranmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 16 fevral 2011-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır. ADPYMİB Azərbaycan Respublikası Milli Qeyri Hökümət Təşkilatları Formunun, Əlil Təşkilatları İttifaqının, Uşaq hüquqları üzrə QHT Alyansının və Beynəlxalq Autizm Cəmiyyətinin üzvüdür. Daha ətraflı: www.autizm.az, www.udpo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA