40 dərəcə isti olacaq

img

13-08-2015 [13:02]


Sabah - avqustun 14-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-32 dərəcə isti olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA