Jurnalistin öldürülməsinə kəskin reaksiya - ATƏT-dən sərt çağırış

img

12-08-2015 [20:34]


ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatovic azərbaycanlı jurnalist Rasim Əliyevin öldürülməsini pisləyib.

O, bununla bağlı ölkə prezidentinə avqusutun 11-də məktub göndərib. Həmin məktubda Dunja Mijatovic İlham Əliyevi ölkədə jurnalistlərin təhlükəsizliyini təmin etməyə, sürətlə pisləşən azad medianın durumunu düzəltməyə çağırıb.

"Rasim Əliyevin faciəvi ölümü bir daha sübut edir ki, hakimiyyət beynəlxalq təşkilatların xəbərdarlığını eşitməli və pisləşən durumu inkar etməyi dayandırmalıdr"- deyə mətkubda yazır.

ATƏT-in media təmsilçisi məktubda həm də jurnalistlərə hədə-qorxu gəlinməsi, onların yaxınlarının və özlərinin həbs edilməsi məsələsinə də toxunub:

"Təəssüflər olsun ki, bizim çağırışlarımızla bağlı hər hansı iş görülməyib. Rasim Əliyevin ölümü bütün xətlərin keçildiyini göstərir və bir şeylər edilməlidir"(Azadliq.org).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA