12-08-2015 [18:03]
Məhəmmədəli QƏRİBLİ
Həmkarımız Rasim Əliyevin ölümü mənə çox pis təsir edib. Bu hadisəni qınamışam və bütün günahkarların layiqli cəza almasını istədiyimi bildirmişəm.
Eyni zamanda, hesab edirəm ki, bu, adi kriminal hadisədən daha çox effektə malik olan bir olaydı. Artıq işartılar var. Bəzi beynəlxalq dairələr məsələni tam siyasiləşdirmək istəyir və belə cəhdlər gələcəkdə də olacaq. Bir sözlə, bu qətllə bağlı Azərbaycan dövlətinin üzərinə edilən basqılarda artan dinamika müşahidə ediləcək.
Hadisənin digər və ən vacib yönü isə, Rasimə qarşı edilən həkim səhlənkarlığı ilə bağlıdır. Həmkarımızın səhətinə lazımi və peşəkar həkim müdaxiləsi vaxtında edilsəydi, bu, acı sonluq da olmazdı. Bunlar aydındı…
Ancaq məsələyə bir qədər professional aspektdən yanaşmanın ortaya qoyulmasını istərdim ki, bu vacib və bizi ciddi narahat etməyə başlayan məqam gələcəkdə təkrar olunmasın. Bunu ilk gündən yazmaq istədim, ancaq cəmiyyətdəki gərgin ab-havanın bir qədər səngiməsini gözlədim. Təəssüf ki, hadisənin bu aspektinə heç kim toxunmaq istəmir.
Bu üzücü hadisə ilə bağlı bir sual yaranır: hadisədə Rasimin təqsiri olubmu?
Mən buna professional jurnalistin buraxmalı olmadığı səhv kontekstindən cavab vermək istərdim. Əvvəlcədən bildirirəm ki, bu səhvin Rasimin nə yazması ilə bağlantısı yoxdur. Çünki tənqidə görə jurnalistlə belə haqq-hesab çürütmürlər. Hətta həmin yazıda təhqir elementləri olubsa belə, onu həll etmək üçün daha sivil yollar mövcuddur. Heç kim Rasimə qarşı edilən cinayətə haqq qazandıra bilməz.
İndisə gəlin görək, jurnalistin başına bu faciə necə və hansı şəraitdə gəlib? O, yazdığı yazıya görə, əvvəlcə onu təhqir edən, tanımadığı, heç sifətini belə görmədiyi bir şəxslə görüşə çıxıb. Özü də harda? Küçənin ortasında…
Professionallıq nöqteyindən yanaşsaq, bu, böyük yalnışlıqdı. Ciddi jurnalistika ilə məşğul olanlar üçün beynəlxalq qurumların maliyyə dəstəyilə media nümayəndələrinin təhlükəsizliyilnin necə qoruması ilə bağlı çoxsaylı təlimlər keçirilir. Həmin təlimlərə dünyanın ən ciddi və riskli mövzularından yazan, bu sahədə böyük təcrübəsi olan jurnalistlər mühazirə demək üçün dəvət olunur.
Tanınmış serb jurnalisti Stefan Diankovicin ekspertliyilə həyata keçirilən belə tədbirlərdən birində mən də 3 gün iştirak etmişəm. Orda da bizə başa saldılar ki, jurnalistin fəaliyyətilə bağlı kiminləsə naməlum yerdə görüşməsi doğru deyil. Belə görüşlər bir neçə nəfərin iştirakı ilə yalnız redaksiyada baş tutmalıdır. Bəlkə də, bu xatırlama bəziləri üçün adi görünə bilər. Əminəm ki, bu qaydanı bilən və ona əməl edən jurnalistlərimiz də az deyil. Ancaq bilməyənlər üçün belə maarifləndirmənin böyük təsiri olur.
O da bəllidir ki, bizim ölkədə fəaliyyət göstərən QHT-lər mediada layihələrin həyata keçirilməsi adı ilə sanballı məbləğdə qrantlar alırlar. Fəaliyyətlərindən isə görünür ki, gördükləri iş həmin qrantı rahat həzm etməkdən ibarətdir. Bir də təşkilatlarının loqoları fonunda yığdıqları bir sürü adamla şəkil çəkdirib, QHT Şurasına təqdim etməkdən.
Mən, medianın adı ilə qrantları "basıb” yeyən QHT-lərə sual edirəm: niyə bizim təhlükəsizliyimizlə bağlı seminarlar təşkil etmirsiniz? Axı, belə layıhələr üçün sizlərə dövlətin büdcəsindən külli miqdarda pul ayrılır. Bu pullar ayrılmır ki, siz onu həzm edib, sonra dövləti ağır vəziyyətdə qoyasınız!
Bəli, bəlkə də, mərhum Rasim belə seminarlardan birində iştirak etsəydi, professional jurnalist məsləyinin kiminləsə küçədə görüşməyi qadağan etdiyini qulağında sırğa edərdi və nəticə bu sonluğa yuvarlanmazdı. Bir sözlə, Rasmin buraxdığı kobud səhv onun həyatı bahasına başa gəldisə, bizim adımızla qrant yeyənlərin isə heç tükü də tərpənmədi, onlar öz işlərindədir.
Mən, eyni zamanda, jurnalist həmkarlarıma bu istiqamətdə ciddi araşdırmaların aparılmasını tövsiyə edərdim. Araşdırın, tapın görün, jurnalistlərin təhlükəsizliyilə bağlı hansı QHT-lərə qrant ayrılıb və onlar bu yöndə nə iş görüblər? Araşdırın ki, onların bizim adımızdan pul yemələrinə son qoyaq və Rasim bizim sonuncu itkimiz olsun…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi