12-08-2015 [15:50]
Səbail rayonunda yeniyetmə və gənclərin yay istirahətinin təşkili istiqamətində növbəti layihə həyata keçirilir.
Bu layihə Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə təşkil olunan və 2-ci dəfə həyata keçirilən «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi olmuşdur.
Xatırladaq ki, bir qədər əvvəl keçirilən «Şahinlər» yay düşərgəsindən fərqli olaraq bu düşərgəyə rayonun təhsildə və idmanda fərqlənən, müxtəlif fənn olimpiadalarında, müsabiqələrdə qalib olan və idman yarışlarında nailiyyətlər əldə edən, oxuduqları orta məktəbin ictimai işlərində fəal olan, ümumilikdə 150-dən çox yuxarı sinif şagirdləri cəlb olunmuşlar.
Ən əsası isə bu düşərgənin Müdafiə Nazirliyinin Qusar şəhərindəki «N» saylı hərbi hissəsində keçirilməsidir. Burada «Gənc Heydərçilər» üçün xüsusi əsgər kazarması ayrılmış, yeniyetmələr düşərgənin fəaliyyəti dövründə hərbi nizamnamənin tələblərinə uyğun dərslər keçəcək, hərbi hissənin poliqonunda təlimlərdə iştirak edəcək, ordumuzun silah və texnikası ilə yaxından tanış olacaqlar.
Layihə təşkilatçıları tərəfindən bütün hazırlıq işlərinin başa çatdığı ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətində düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və tədbirdə iştirak edən bir sıra ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış, ölkə başçısı İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, artıq 10-cu ildir ki, DİN Daxili Qoşunlar Komandanlığı ilə birgə Quba şəhərində «Şahinlər» yay istirahıt düşərgəsi yaradılmış, keçən ildən bəri isə Müdafiə Nazirliyi ilə birgə yeni layihə – «Gənc Heydərçilər» düşərgəsinin yaradılmışdır. Bu il 2-ci dəfə yaradılan düşərgəyə 150 yeniyetmə yollanacaqdır. Hərbi hissədə şagirdlərin yaşaması, qidalanması, təlimlərdə iştirakı və istirahəti üçün hər cür şərait yaradılmışdır. Təcrübəli tibb personalı uşaqların sağlamlığının keşiyində olacaqlar.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və onlarla yanaşı hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olcaqlar. İstirahət günlərində şagirdlərin Qusar rayonunun görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaqdır.
RİH Başçısı Asif Əsgərov, Başçının birinci müavini Xalidə Bayramova, Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Rauf Dəmirov valideyn və uşaqların çoxsaylı suallarını cavablandırmışlar.
Tədbirdə çıxış edən valideynlər, ictimai birliklərin rəhbərləri, istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi