“Bir kömək – bir həyat” epilepsiya xəstəliyi olan gənclərə kömək!

img

12-08-2015 [13:37]



"Ümman” əlil uşaqlara qayğı ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən "Bir kömək-bir həyat” epilepsiya xəstəliyi olan gənclərə kömək! layihəsi çərçivəsində növbəti tədbir Ağcabədi rayonu 7 saylı Uşaq və Körpələr evində həyata keçirilib.

Layihənin məqsədi gənclər bu xəstəlikdən utanmasın. Qorxmasın. Bunu özlərində bir əskiklik kimi görməsin. Epilepsiyası olmayan insanlar ilkin müdaxilənin necə olmasını öyrənsin. Çünki, ilkin müdaxilə ilə insan həyatını qurtarmaq da mümkündür. Məqsədimiz odur ki, epileptic xəstələr cəmiyyətdə rahat gəzsin. Bilsinlər ki, lazımı anda onlara kömək edən insanlar mütləq olacaq.

Təlimlərimiz qrup şəklində təşkil olunub. İstənilən sayda dinləyicini qəbul edə biləcəyimiz salonlarda təşkil olunmuş təlimlərdə anonim dinləmələr üçün də yer ayrılıb. Üzünün görünməsini istəməyən, lakin, təlimdə iştirak etmək istəyən xəstələr üçün ayrıca şərait yaradılıb. Təlimdə həkim nevroloq epilepsiyanın necə bir xəstəlik olması, inkişaf dövrü, müalicəsi, çarəsi, ilkin tibbi yardımın necə olması haqqında məlumat verib. Psixoloqlarımız valideynlər ilə söhbət edib onların ruhlanmasına, ümidlərinin itirməməsinə dəstək olublar. Layihə müddətində keçirilən təlimlərdə təlim təşkilatçılarının da yardımı ilə ilkin tibbi yardımın necəliyi göstərilib və öyrədilib.

Təlimlər sonrası sadəcə epilepsiya xəstəsi olan insanlar üçün təlimlər keçirilib ki, məhz bu təlimlərdə xəstəlikdən əziyyət çəkən insanların necə davranması, özünü necə qoruma imkanlarının olması izah olunub. Cəmiyyətə qarışma xofu olan epileptik xəstələr ilə zaman- zaman kiçik gəzintilər təşkil olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA