Bakı metrosunda ciddi problem - 2 stansiya bağlandı

img

11-08-2015 [17:59]


"Bakı Metropoliteni" ASC-nin "Sahil” və "İçərişəhər” stansiyaları bağlanıb.

Metropolitendən "Report”a verilən məlumata görə, "Həzi Aslanov” - "İçərişəhər” xəttində yerləşən "Sahil” stansiyasının tunelində axma sularında artım müşahidə olunub.

"Hər hansı təhlükə yaşanmaması üçün təmas reyslərindən gərginlik ayrılıb. Yaranan vəziyyəti aradan qaldırmaq üçün "Həzi Aslanov” - "İçərişəhər” istiqamətində hərəkət edən qatarlar "Nizami” stansiyasına keçirilib və oradan geri qaytarılır.

"Bakı Metropoliteni"ndən qısa müddətdə hərəkətin bərpa olunacağı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA