DİN-ə əlavə səlahiyyət verildi - Prezident fərman verdi

img

11-08-2015 [14:16]


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Mia.az xəbər verir ki, sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinin (İXM) 224-1.2-ci ("Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi (DİN) baxacaq.

Bundan başqa, İXM-in 298-1-ci (Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə də DİN nəzarət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA