Polislə sürücülər arasında mübahisə - VİDEO

img

11-08-2015 [13:04]


"Təmiz hava" aylığı çərçivəsində Samuxda və Qazaxda reyd keçirilib.

Nasaz avtomobillər qəzalara səbəb olmaqla yanaşı həm də, atmosferi çirkləndirir. Sovet istehsalı olan maşınlarda belə hallara daha çox rast gəlinir. Bu cür avtonəqliyyat vasitələrini aşkara çixarmaq üçün reyd təşkil edilib.

"Təmiz hava" aylığı çərçivəsində Samux rayon Dövlət Yol Polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları rayon ərazisində növbəti reyd keçiriblər. Reyd vaxtı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnib. Reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Reyd zamanı avtomobillərdən ixrac edilən dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib.

S.N. Azər Mehdiyev - Samux Rayon DYP-nin baş inspektoru: "Hardasa 25 yaxın avtomobil saxlanıldı, onlardan nasaz olanlarına inzibati protokollar tərtib olundu. Əsasən dəm qazının artıq normada havaya buraxılması ilə bağlı mühərriyi açıq olan nəqliyyat vasitələrinə cərimələr yazıldı, sürücülərə nasazlığın aradan qaldırılması ilə əlaqədar müəyyən tapşırıqlar verildi".

Qazaxda aparılan yoxlamalar zamanı isə 40 avtomobil saxlanılıb ki, bunun da 20-də havaya atılan dəm qazının miqdarı normadan artıq olub. Xüsusi cihazlar vasitəsi ilə yoxlanan nəqliyyat vasitələrinin sahiblərindən bəziləri bu cür yoxlamalara etiraz edərək polisdən cərimə yazmamağı tələb ediblər. Bəziləri isə avtomobillərdə bu cür problemlərin yaranmasını yanacağın normaya uyğun olmamamsı ilə əlaqələndiriblər.

"Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək. (Region TV)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA