Avropa İttifaqından Azərbaycanda jurnalist öldürülməsi haqda sərt - BƏYANAT

img

11-08-2015 [12:50]


Avropa İttifaqı Azərbaycanda "Qəbələ” futbol klubunun oyunçusu barədə yazdığı tənqidi Facebook qeydinə görə döyülərək qətlə yetirilən jurnalist Rasim Əliyevə görə bəyanat yayıb.

Mia.az ölkə mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqının xarici əlaqələr ofisindən yayılmış bəyanatda jurnalistin yazdığı Facebook qeydinə görə qətlə yetirilməsi "dəhşətli xəbər” adlandırılır:

"Biz jurnalistin ailəsinə, həmkarlarına və dostlarına dərin hüznlə başsağlığı verir, eyni zamanda bu işin tam, hərtərəfli və şəffaf araşdırılmasına çağırırıq. Bütün günahkarlar müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır. Avropa İttifaqı demokratik cəmiyyətin əsas elementləri olan söz və ifadə azadlığı, KİV azadlıqları prinsiplərini dəstələkləyir. Azərbaycanda jurnalistlərin və digər KİV təmsilçilərinin işi üçün təhlükəsiz mühit yaradılmalı, onlara öz işlərini qorxusuz və zorakılıqlara məruz qalmadan görməsi təmin edilməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA