Mikayıl Cabbarov yoxlama apardı: Direktor işdən çıxarıldı

img

11-08-2015 [12:19]


Təhsil Nazirliyi Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbdə yoxlamalar aparıb.


Mia.az aznews.az-a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində məktəbdə bəzi qanun pozuntuları aşkarlanıb. Nəticədə məktəbin direktoru Zemfira Səmədova işdən çıxarılıb.

Faktı 158 nömrəli məktəbdən təsdiqləyibilər. Bildiriblər ki, həqiqətən də yoxlamalar aparılıb, amma direktorun vəzifədən azad edilməsi aşkarlanan nöqsanlarla bağlı olmayıb. O, yaş senzinə görə vəzifədən kənarlaşdırılıb.

Bildirdilər ki, hazırda direktor vəzifəsini müvəqqəti olaraq Zərifə adlı şəxs icra edir.

Qeyd edək ki, 158 saylı məktəb əsaslı təmir və yenidənqurmadan sonra 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev məktəbin açılışında iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA