11-08-2015 [01:07]
Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu və icraçı katibi Rəhim Hüseynzadə mərhum jurnalist Rasim Əliyevin ailəsinə baş çəkərək onun atası Məmmədəli Əliyevə və yaxınlarına başsağlığı verib, səbr diləyib.
Mia.az xəbər verir ki, Əflatun Amaşov jurnalistin ölümü ilə bağlı Redaksiya.az-a verdiyi açıqlamasında kədərləndiyini bildirərək deyib ki, hadisə baş verən kimi Mətbuat Şurası bəyanatla çıxış edib və bu olaya öz narahatlığını qeyd edib:
"Çünki hər hansı bir qəzet materialına, televiziya reportajına, facebook statusuna görə kiminləsə belə ədavət saxlamaq, insana fiziki xəsarətlər yetirmək və onu öldürmək düzgün deyil. Biz birmənalı şəkildə dedik ki, bu məsələ ciddi şəkildə araşdırılmalı, günahkarlar öz cəzalarına çatmalıdırlar. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev hadisə ilə bağlı öz fikrini bildirdi və narahat olduğunu qeyd etdi. Məsələ ilə bağlı birbaşa müvafiq qurumlara, xüsusilə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa göstəriş verdiyini açıqladı və bu hadisəni mütəmadi olaraq nəzarətdə saxlayacağını dedi. İnanırıq ki, cənab Prezidentin bu çıxışından sonra cinayət hadisəsi tez bir zamanda öz hüquqi həllini tapacaq”.
Umud Rəhimoğlu isə bunun ağrılı bir hadisə olduğunu vurğulayıb:
"Təbii ki, qanunun bütün imkanlarından istifadə edilərək günahkarlar cəzalarını almalıdırlar. Hesab edirəm ki, bu cür məsələlərə cəmiyyətimizdə daha pis fəsadların və boşluqların qarşısının alınması üçün obyektiv yanaşılmalıdır. Bu məsələ cənab Prezidentin verdiyi tapşırıqlar əsasında öz həllini mütləq tapacaq”.
Mətbuat Şurasının sədr müavini əlavə edib ki, olayla bağlı fikrini hadisə baş verən kimi bildirib və həmkarının ölüm xəbərini böyük bir üzüntü ilə qarşılayıb.
Xatırladaq ki, mərhumun üç mərasimi sabah, avqustun 11-də Yeni Günəşli qəsəbəsinin "G” massivində yerləşən xeyir-şər evində keçiriləcək.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi