Elmar Məmmədyarova tapşırıq verildi - SƏRƏNCAM

img

10-08-2015 [19:45]


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında Azərbaycanın Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında sazişə əlavə protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
MİA-nın məlumatına görə,Azərbaycan Xarici İşlər Nazirliyinə əlavə protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, habelə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin hökumətinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, müvafiq protokol 2015-ci il fevralın 16-da Pekin şəhərində imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA