Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı - SİYAHI

img

10-08-2015 [19:25]


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

MIA-nın məlumatına görə, komissiyanın həmsədri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təyin edilib.

Komissiyanın üzvləri:

Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Gülməmməd Cavadov - Azərbaycan Respublikası energetika nazirinin müavini

Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Seyfəddin Talıbov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Xəqani Abdullayev - Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Elşad Nəsirov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Tahir Tağızadə - Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri

Namiq Xəlilov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.

Azərbaycan Xarici İşlər Nazirliyinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA