Bakıda yol polisi sürücünü döydü - VİDEO

img

10-08-2015 [17:59]


Paytaxtda yol polisi və sürücü qarşıdurmasına aid daha bir video yayılıb.

Baku.ws-in məlumatına görə, videodan görünür ki, metronun "20 Yanvar" stansiyası yaxınlığında bir neçə Yol Patrul Xidməti (YPX) əməkdaşı avtobus sürücüsünə qarşı güc tətbiq edir.

Onların arasında Nəqliyyat Nazirliyinin əməkdaşları da var. Bundan sonra sürücü YPX əməkdaşlarına qarşı nalayiq ifadə işlədir. Yol Polisi yenidən qayıdaraq sürücünü vurmağa cəhd edir.

Yalnız bundan sonra YPX əməkdaşları hadisə yerindən uzaqlaşırlar. Əlbəyaxanın nə səbəbə düşdüyü isə naməlum olaraq qalır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA