Jurnalisti döyənlərdən birinin fotosu yayıldı - FOTO

img

10-08-2015 [01:51]


Musavat.com-un müxbiri futbolçu Cavid Hüseynovu tənqid etdiyi üçün jurnalist Rasim Əliyevi döyən şəxslərdən birinin fotosunu əldə edib. Bu şəxs Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur. 21 yaşı var.  

Qeyd edək ki, avqustun 9-da döyülən jurnalist Rasim Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Hazırda jurnalistin öldürülməsi ölkə gündəminin əsas müzakirə mövzusudur.
 
Xatırladaq ki, yayılan məlumatlarda jurnalisti məhz bu şəxsin - futbolçu Cavid Hüseynovun bibisi oğlunun telefonla zəng vuraraq görüşə çağırdığı bildirilirdi. Jurnalisti döyənlərin isə bir yox, bir neçə nəfər olduğu dünyasını dəyişməzdən qabaq onun özü tərəfindən təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA