Jurnalisti döyənlər kimlər olub? - Prokuror köməkçisi danışdı

img

09-08-2015 [17:52]


Döyüldükdən sonra dünyasını dəyişən jurnalist Rasim Əliyevin üzləşdiyi zorakılıq faktı müşahidə kameraları tərəfindən qeydə alınıb. 

Mia.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə jurnalistin atasına Səbail payon prokurorunun köməkçisi Əhməd Məmmədov deyib. Prokuror köməkçisi bildirib ki, jurnalistin döyülməsini əks etdirən videogörüntülər artıq əldə edilib.

Prokuror köməkcisi mərhum jurnalistin ailə üzvlərinə onu deyib ki, R.Əliyevi döyərək, ona ağır xəsarətlər yetirən şəxslərdən bir neçəsinin kimliyi də artıq məlumdur. Və hüquq-mühafizə orqanları hazırda həmin şəxslərin həbs olunması istiqamətində əməliyyata başlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA