Döyülüb öldürülən jurnalistin dəfnindən ürəkdağlayan FOTOLAR

img

09-08-2015 [16:10]


Futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü bildirilən jurnalist Rasim Əliyevın avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə getməsi haqqında artıq məlumat vermişik.

Musavat.com-un əməkdaşları mərhum jurnalistin evinə gedərək, onun dəfn prosesi barədə məlumat toplamağa çalışıblar.

Əməkdaşlarımızın verdiyi son məlumata görə, mərhum jurnalist Rasim Əliyevin cənazəsi məsciddə yuyulduqdan sonra evlərinə gətirlib. 

Hazırda dəfn mərasimi üçün hazırlıqlara başlanılıb.

Digər məlumatdasa bildirilir ki, Səbayel Prokurorluğunun və ərazi polisinin əməkdaşları mərhum jurnalistin evinə gəliblər. Onun babası sorgu-sual məqsədilə polis şöbəsinə aparılıb. 

Əməkdaşımızın verdiyi son məlumata görə, Müsavat Partiyasının başqanı Arif Hacılı da dəfn mərasiminə qatılıb.

Əməkdaşımızın verdiyi son məlumata görə, mərhum jurnalist Mehdiabad qəbiristanlığında dəfn olunub.



















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA