"Rasim Əliyevin ölümündə günahkar olanlar cəzalanmalıdır" - Əflatun Amaşov

img

09-08-2015 [15:39]


"Rasim Əliyevə fiziki təzyiq göstərənlər, onun ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır. Mətbuat Şurası jurnalistin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, bu əməli törədənlərin tezliklə qanun qarşısında cavab verəcəyinə ümid etdiyini bildirir”.

Mia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov bildirib ki, bu hadisənin sosial şəbəkələrdə və bəzi media orqanlarında dərhal siyasiləşdirilməsini doğru hesab etmir: 

"Hadisəni hüquq-mühafizə orqanları araşdıracaqlar. Hələ ki hadisə tam araşdırılmayıb, ona görə məsələni söz və mətbuat azadlığı müstəvisində şərh etmək düzgün olmazdı.  Araşdırma zamanı o da nəzərə alınmalıdır ki, son günlərdə bir neçə olayın ardıcıl baş verməsi ayrı-ayrı qüvvələrin Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problem olduğu görüntüsü yaratmaq istədiklərini göstərir.  Eyni zamanda ölkədə bir milyon yarım sosial şəbəkə istifadəçisi var. Hələ ki sosial şəbəkə KİV hesab olunmur.  Lakin sosial şəbəkədə yazılan statusların etik çərçivəni aşması həm Mətbuat Şurasını, həm də ayrı-ayrı ziyalıları çoxdan narahat edən məsələdir. Dəfələrlə bu narahatlıq ifadə edilib, müzakirəyə çıxarılıb”.

Ə. Amaşov Mətbuat Şurasının hadisənin araşdırılmasını diqqətdə saxlayacağını da qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA