Daha bir təşkilat jurnalistin öldürülməsinə etiraz etdi - BƏYANAT

img

09-08-2015 [15:35]


"Ağ Blok" jurnalist Rasim Əliyevin döyülərək, öldürülməsi ilə bağlı bəyanat yayıb.

Mia.az-a daxil olan bəyanatda deyilir:

"Ağ Blok" olaraq, avqustun 8-də "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynovun qohumları olduqları iddia edilən şəxslər tərəfindən vəhşicəsinə döyülən, aldığı xəsarətlərdən bu gün həyatını itirən mərhum jurnalist Rasim Əliyevin vəfatından kədərləndiyimizi bildiririk.

Mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. "AĞ Blok" aidiyyatı orqanlardan qısa zamanda faktı obyektiv və cəmiyyətə açıq şəkildə araşdıraraq, cinayəti törədənlərin tapılaraq, məsuliyyətə cəlb olunmalarını tələb edir. Bu hücumu tək bir şəxsə deyil, bütün Azərbaycan jurnalistikasına hücum kimi qiymətləndiririk.

Bu cinayətin üstü açılmasa, gələcəkdə digər jurnalistlərin də həyatlarına təhlükələrdən narahatıq.

Ümid etmək istəyirik ki, özünü hüquqi və demokratik hesab edən bir dövlətdə belə cinayətlər və vəhşiliklər ört-basdır edilməyəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA