Prezident İlham Əliyev Siyəzəndə açılış etdi - FOTOLAR

img

08-08-2015 [16:28]


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib. 

Mia.az xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Siyəzən rayonunun bir neçə kəndini birləşdirən və hərəkətin intensiv olduğu bu yol uzun müddət təmir edilmədiyindən bərbad vəziyyətə düşmüşdü. 2012-ci il 11 iyun tarixli sərəncama əsasən yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri bu ilin mayında yekunlaşıb. Eni 5, bəzi yerlərdə isə 7 metr olan 3-cü və 4-cü dərəcəli yola 10-11 santimetr qalınlığında asfalt döşənib. Yol üzərindəki mühəndis-texniki qurğular müasir səviyyədə qurulub. Rayonun 20 yaşayış məntəqəsini birləşdirən və 37,1 kilometr uzunluğunda olan bu rahat və abad yoldan ümumilikdə 4700-dək sakin istifadə edəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA