"İşğalçılar Qarabağdan atılacaq..." - Dünya Zakir Həsənovun xəbərdarlığından yazır (FAKTLAR)

img

08-08-2015 [14:28]


Azərbaycan müdafiə naziri Zakir Həsənovun ön cəbhədə olarkən verdiyi sonuncu Qarabağ bəyanatı dünya mediasında əks-səda doğurub.

Mia.az Anspress-ə istinadən xəbər verir ki, Zakir Həsənov ordunun işğal altındakı torpaqları qaytarmağa hazır olduğunu və vaxtın gəlib çatdığını bəyan edib.

"Artıq məqam yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir.

Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir.

Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcək. Buna heç kimin şübhəsi olmamalıdır", deyə müdafiə naziri bildirib.


Müdafiə naziri Zakir Həsənov ön cəbhədə 

Zakir Həsənovun bu bəyanatını nüfuzlu Bloomberg agentliyindən tutmuş, Asiya ölkələrinin mediasına qədər işıqlandırıldı. HürriyetRİANovosti agnetlikləri, "Kommersant” qəzeti Zakir Həsənovun bəyanatına geniş yer ayırıb.

Hətta müdafiə nazirinin Ermənistana etdiyi xəbərdarlıqla bağlı "Kommersant” qəzeti və "Kommersant FM” radiostansiyası xüsusi reportaj hazırlayıb.

Bloomberg agnetliyində isə Zakir Həsənovun bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilir və bildirilir ki, son vaxtlar Azərvbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması Avropanı narahat etməyə başlayıb.

Türkiyə mətbuatı isə nazirin bəyanatını "Qarabağı qaytarmağın vaxtı çatdı", "İşğalçı Ermənistan Qarabağdan çıxarılacaq" kimi başlıqlara təqdim edib.




Türkiyə mətbuatı



Bloomberg agnetliyi





Rusiya mətbuatı

Avqustun 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA