"Dəbdəbəli həyat tərzi sürən məmurların kimliyi məlumdur" - Deputatdan xəbərdarlıq

img

08-08-2015 [13:52]


"Dəbdəbəli həyat tərzi sürən, öz sərvəti, mülkiyyəti ilə gündəmə gələn məmurların kimliyi hər kəsə məlumdur və çox təəssüf ki, onların bəzisi hələ də özlərindən əvvəlkilərin aqibətindən nəticə çıxartmır”.


Bunu millət vəkili Elman Məmmədov deyib. Millət vəkilinin qənaətincə, özlərini toxunulmaz hesab edən məmurlar vaxtı gələndə yanıldıqlarını anlayacaqlar:


"Azərbaycanda harın həyat tərzi sürən və özlərini toxunulmaz hesab edən məmurlar var ki, onlar zamanı yetişəndə səhv etdiklərini anlayacaqlar. Çünki bundan öncə özünü toxunulmaz hesab edənlərin hansı aqibətlə üzləşdiyi, onların necə və hansı şəkildə cəzalandırıldığı hər kəsə bəllidir. Bu gün cəzaya layiq olduqları halda özünü ondan uzaq hesab edənləri də bu aqibət gözləyir”(Moderator.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA