İcra başçısının oğlunu fakt qarşısında qoyan fotolar yayıldı – FOTOLAR

img

07-08-2015 [15:46]


Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun oğlu haqda maraqlı iddia yayılıb.

Avrasiya.net  A.Səlimovun kişik oğlu Sənan Səlimovun qanunla qadağan edilən ərazidə qanunsuz ov etməsini əks etdirən fotolar əldə edib. Bu fotolardan da görünür ki, məmur balası bütün qanunları tapdalayaraq qadağan edilən ərazilərdə ov edir, özü də dostları ilə birlikdə. 

Mia.az xəbər verir ki, saytın iddiasına görə, A.Səlimovun bu dövlətin nəzarətində olan ərazidə balıqçılıq təsərrüfatı və böyük mal-qara ferması da var.  

Onu da qeyd edək ki, S.Səlimov Bakı Dövlət Yol Polisində çalışıb. İşdə yol verdiyi nöqsanlara görə kənarlaşdırlılıb. İndi boş vaxtlarını qanunsuz ov etməklə keçirir. Onun böyük biznes şəbəkəsinə rəhbərlik etdiyi də söylənilir. İstirahət etmək hər bir vətəndaşın borcudur. Amma baxır harada və necə. Amma torpaqlarından didərgin düşən on minlərlə laçınlının Taxtakörpü qəsəbəsində yayın istisindən, qlşın soyuğundan əziyyət çəkdiyi, problemlər içində çabaladığı bir dönəmdə icra başçısı oğlunun belə kef çəkməsi heç bir çərçivəyə sığmır.

Fotoları təqdim edirik:sen2sen1sensen6

sen3



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA