Deputatın qardaşına yeni vəzifə verilib

img

07-08-2015 [13:14]


Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yeni baş direktoru Taleh Ziyadov bu vəzifəyə təyinatından bir müddət sonra kütləvi ixtisarlar aparıb. 

Bu barədə "Azadlıq”a qurumdakı mənbələrdən verilən məlumat saytımızda da dərc edilib. Həmin məlumatda bildirilirdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında kadrlar idarəsinin rəisi işləyən deputat Novruz Aslanın qardaşı Əlimədət Aslanov da vəzifəsindən azad edilib.

"AzPolitika.indfo” ya verilən məlumata görə isə, Əlimədət Aslanov vəzifəsindən çıxarılsa da, işdən qovulmayıb. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ixtisarlarla yanaşı struktur dəyişikliyi də aparılıb. Bu dəyişikliklər nəticəsində bəzi idarələr, şöbələr birləşdirilirək, yeni strukturlar yaradılıb. Ə.Aslanov da yeni yaradılan strukturlarfdan birinə rəhbər təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA