07-08-2015 [11:35]
Mia.az musavat.com-a istinadən xəbər verir ki, bir müddət Bakının mərkəzində, "Alov qüllələri”nin yaxınlığında "Yaguar” markalı bahalı maşın yüksək sürətlə divara çırpılıb. Nəticədə bir nəfər ölüb. Qəza zamanı nəqliyyat vasitəsinin sükanı arxasında Bakının məşhur məkanlarından olan "Metkartinq” istirahət və əyləncə mərkəzinin sahiblərindən olan Şahin Hüseynlinin oğlu Kənan Hüseynli olub. Nəqliyyat vasitəsinin Ş.Hüseynliyə məxsus olması, qəza zamanı isə oğlunun idarə etdiyi bildirilir. Qəza zamanı dünyasını dəyişən isə K.Hüseynlinin dostu olub. Olaydan sonra Ş.Hüseynli oğlunu qurtarmaq üçün bir çox ünvanlara baş vursa da, alınmayıb. K.Hüseynli həbs edilib və 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub. K.Hüseynli hazırda məhkumluq həyatı yaşayır.
Ş.Hüseynli özü gündəmə 2012-ci ilin yanvar ayının 2-də Bakının məşhur "Neolit” restoranında qanlı insident törətməklə gəlib. Vaxtilə özünə məxsus olan restoranda ona irad bildirilməsi Ş.Hüseynlini qəzəbləndirib. O dövrdə olayla bağlı Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun yaydığı məlumatda deyilirdi ki, Şahin Hüseynli sərxoş vəziyyətdə əylənmək üçün "Neolit” restoranına gəlib. Lakin o, özünə məxsus "Yaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamayıb. Nəticədə restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə, o, bundan daha da əsəbiləşib. Və avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb.
Bu zaman "Neolit”də istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk edib, foyedə olmuş Fəxrəddin Nağıyev isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Dərhal hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları Şahin Hüseynlini zərərsizləşdirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib. Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.
Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynliyə həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Amma aradan bir müddət keçdikdən sonra Şahin Hüseynli atasının və yüksək vəzifəli qohumlarının sayəsində həbsdən çıxmağı bacarıb. Ş.Hüseynlinin əvvəllər Bakı Şəhər Prokurorluğunda işlədiyi haqda da məlumatlar var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi