"Qəbələ" "pley-off"da - Avropa Liqası

img

07-08-2015 [00:15]


Bu gün Avropa Liqasında Azərbaycanı təmsil edən "Qəbələ" III təsnifat mərhələsinin cavab matçına evdə çıxıb. Fanat.az хəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı Cənubi Kiprin "Apollon" klubunu qəbul edib.

"Bakcell Arena"da keçirilən oyunda bir qol vurulub. 80-ci dəqiqədə penaltidən fərqlənən Cavid Hüseynov "Qəbələ"yə qələbə qazandırıb. Son dəqiqədə Ürfan Abbasov qırmızı vərəqə alsa da, rəqib say üstünlüyündən yararlana bilməyib. Beləliklə, ilk oyunda 1:1 hesablı heç-heçəyə nail olan "Qəbələ" tarixində ilk dəfə Avropa Liqasının "pley-off" mərhələsinə çıxıb.

Yeri gəlmişkən, Azərbaycan ikinci dəfə bu mərhələdə iki klubla təmsil olunacaq. Belə ki, 2009/10 mövsümündə ilk və hələlik sonuncu dəfə iki təmsilçimiz "pley-off"a çıхmışdı. Həmin vaхt "Qarabağ" Hollandiyanın "Tvente" (1:3, 0:0), "Bakı" isə İsveçrənin "Bazel" (1:3, 1:5) klubuna yenilərək mübarizəni dayandırmışdı. "Qarabağ" dünən Çempionlar Liqasında iki oyunun nəticəsinə görə Şotlandiyanın "Seltik" klubuna yenilərək (0:1, 0:0) Avropa Liqasının "pley-off" mərhələsinə düşüb.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Tiflis "Dinamo"sunu (1:2, 2:0) və Serbiyanın "Çukariçki" (0:1, 2:0) klubunu mübarizədən kənarlaşdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA