Nazir oğlunun klubundan şikayət

img

01-07-2015 [11:52]


Roman Qriqorçukun gəlişindən sonra komandadan göndərilən rumıniyalı hücumçu Andrey Kristea "Qəbələ”dən FİFA-ya şikayət edə bilər.

Dorinel Muntyanunun komandaya gətirdiyi və onun gedişindən sonra qovulan futbolçuya "qırmızı-qaralar”ın hələ də borcu var.

Kristea özü də bunu saytımıza açıqlamasında təsdiqləyib: "”Qəbələ”nin mənə borcu var. Ümid edirəm ki, onlar bu pulu verəcəklər. Məbləği açıqlamaq istəmirəm, çünki bu sirdir. Düşünürəm ki, məsələ çox böyüməyəcək. Amma pulumu almayacağım təqdirdə sözsüz ki, FİFA-ya müraciət edəcəm”.

Qeyd edək ki, Andrey Kristea "Qəbələ”yə 2014-cü ilin yayında gəlib və elə həmin ilin son ayında da klubdan ayrılıb. O, əyalət klubunun heyətində 8 oyunda meydana çıxmışdı və fərqlənə bilməmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA