“Apollon” – “Qəbələ” oyunu: Gərginlik və UEFA-dan qərar

img

06-08-2015 [16:29]


UEFA Avropa Liqasının üçüncü təsnifat məhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilmiş "Apollon” – "Qəbələ” oyunu zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alan Avropa futbol təşkilatı bu gün Bakıda keçiriləcək "Qəbələ” – "Apollon” oyununa əlavə olaraq daha bir UEFA nümayəndəsi təyin edib. 

Mia.az AFFA-ya istinadən xəbər verir ki, "Qəbələ” – "Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA