İdarə müdiri rüşvət aldığı üçün işdən qovuldu

img

06-08-2015 [16:21]


Salyan Regional Qaz İdarəsinin rəisi Xəyyam Rzayevi rüşvətə görə işdən çıxarıblar. 3 gün əvvəl X.Rzayev kabinetində nazirlərdən birinin yaxın qohumundan texniki şərt vermək üçün 3 min 800 manat rüşvət alarkən videoya çəkilib.
AzNews.az xəbər verir ki, bu məlumatı musavat.com-a Salyandan veriblər. Mənbə iddia edir ki, çəkiliş sonradan "Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə göndərilib. Bundan sonra X.Rzayevin tutduğu vəzifədən azad olunması məsələsi aktuallaşıb. "Azəriqaz”a çağırılan X.Rzayevin işdən qovulması sənədləşdirilib. Yaxın günlərdə Dövlət Neft Şirkətinin daxili audit şöbəsinin Salyan Regional Qaz İdarəsini yoxlayacağı haqda da məlumat var.

Xatırladaq ki, mətbuat indiyədək Xəyyam Rzayev haqda çox yazıb. O, əsasən Salyanda qaz sayğaclarının quraşdırılması üçün abonentlərdən xərac toplanması mövzusunda gündəmə gəlib. Rayonun Qarabağlı, Kərimbəyli, Qaraçala kəndlərində əhalidən qeyri-rəsmi rüsum tələb edildiyi barədə sakinlər "Yeni Müsavat”a məktub göndəriblər.

Məktubda bildirilirdi ki, adıçəkilən kəndlərdə 93 fərdi istixanalar var. Bu istixanalara qaz sayğacı quraşdırmaq üçün vətəndaşlardan Xəyyam Rzayevin göstərişi ilə pul istənilir. Xəyyam Rzayev son vaxtlara qədər Dövlət Neft Şirkətində Təchizat İdarəsinin rəisi işləyən əmisi Ağasəf Rzayevin himayəsində olub. Ağasəf Rzayev isə artıq yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

"Azəriqaz”dan musavat.com-a bildirilib ki, bu haqda onlarda məlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA