06-08-2015 [13:55]
""Televiziya və radio yayımı haqqında” Qanunda edilmiş son dəyişiklikdən sonra Milli Televiziya və Radio Şurasına qanun pozuntularına yol verən verilişləri dayandırmaq səlahiyyəti verilib. Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlər haqqında dosyelərin hazırlanması da məhz bundan irəli gəlir. Tutaq ki, sabah hansısa verilişi dayandırmaq məsələsi ortaya çıxanda həmin dosye əlimizin altında olacaq”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiriTəvəkkül Dadaşov deyib. O bildirib ki, dosyedə verilişlərin ümumi məzmunu və məqsədi geniş şəkildə əksini tapacaq: "Ümumiyyətlə, verilişdə hansı məsələlər müzakirə olunur, veriliş tok-şoudur, ya əyləncəlidir, yaxud maarifləndiricidir, yəni bu kimi məsələlər dosyedə göstəriləcək. Bir də verilişdə əvvəl və indi yol verilən qanun pozuntuları da dosyedə əks olunacaq ki, verilişlə bağlı ümumi mənzərə yaransın. Məsələn, bu gün verilişdə qanun pozuntusu baş verir. Amma əvvəl verilişdə belə bir hal aşkarlanmayıb. Yaxud da əksinə. Bu kimi təsadüfi hallar dosyedə nəzərə alınacaq. Digər bir verilişdə qanunvericiliyin pozulması, milli-mənəvi dəyərlərə hörmətsizlik halları mütəmadi olaraq təkrarlanır”.
Şöbə müdirinin sözlərinə görə, dosyeləri hazırlanacaq verilişlərin siyahısı konkretləşməyib: "Bütün verilişlər haqda hazırlanacaq dosyelərə eyni yanaşma tətbiq olunacaq. Başqa cür anlaşılmasın, bu, bizim işimizin mahiyyətidir. Biz bütün verilişlərlə bağlı məlumatlı olmalıyıq. Monitorinq şöbəsində hər bir monitorinqçinin cavabdeh olduğu kanal var. Dosyelərin əsasında rəhbərliyə arayış təqdim edəcəyik ki, məsələn, filan verilişdə müsbət məqamlar, filan verilişdə isə mənfi məqamlar üstünlük təşkil edir. Buna tam "qara siyahı” da demək olmaz. Çünki müsbət məqamlar da dosyedə qeyd olunacaq. Amma təbii ki, neqativ aspektdən fərqlənən verilişlərin dosyelər əsasında ayrıca "qara siyahısı” olacaq”.
T. Dadaşov qeyd edib ki, indidən dosyeləri hazırlanacaq verilişlərin adlarını açıqlamaq tezdir: "Lakin ictimaiyyət mütəmadi qanun pozuntularının baş verdiyi verilişlərin adını yaxşı bilir. Həm də əksər verilişlər tətildədir. Bəlkə də haqqında dosye hazırlanacaq verilişlərin bir neçəsi proqramdan çıxarılacaq. Yeni verilişlər də yayımlana bilər ki, onlar haqda da dosye hazırlansın. Yeni verilişlərdə də nöqsanlar ola bilər. Növbəti mövsümdə, sentyabrda dosyelər daha təkmil şəkildə hazırlanacaq”.
Qeyd edək ki, bir müddət əvvəl MTRŞ sədriNuşirəvan Məhərrəmlibildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq və o dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə Şura tərəfindən baxılacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi