Arif Alışanov baş redaktoru işdən çıxartdı - AzTV-də daha bir kadr dəyişikliyi

img

06-08-2015 [13:08]


Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində daha bir nəfər vəzifəsindən uzaqlaşdırılıb.

QSC-dəki etibarlı mənbələrdəndaxil olan məlumata görə AzTV-nin Hərbi Vətənpərvərlik redaksiyasının baş redaktoru Firuz Kazımoğlu vəzifədən çıxarılıb.

Qurumun sədri Arif Alışanov F.Kazımoğlunu radionun Xəbərlər redaksiyasında müxbir vəzifəsinə təyin edib. Lakin onun baş redaktorluqdan uzaqlaşdırıldıqdan sonra işə gəlmədiyi bildirilir.

Hərbi Vətənpərvərlik redaksiyasının boş qalmış baş redaktorluq postuna isə
həmin redaksiyanın rejissoru Əlimürsəl Hacızadə gətirilib. //aznews

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA