06-08-2015 [12:48]
Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Bədəlli Məğrub Ağamalı oğlunun intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb.
Mia.az Lent.az-a istinadən xəbər verir ki, M.Bədəlli və onun həyat yoldaşı Bədəlli İradə Fərrux qızı AMEA-nın yeni inşa edilməkdə olan yaşayış binasından əsassız tələblərlə mənzil əldə etmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə, eləcə də respublikanın rəhbər orqanlarına çoxsaylı müraciətlər edib.
AMEA-nın Rəyasət Heyəti aparatının İşlər idarəsi sözügedən şəxsin müraciətlərini nəzərə alaraq onun ailəsinin yaşayış şəraitini öyrənmək məqsədilə araşdırma aparıb.
AMEA tərəfindən bu məqsədlə Nizami və Nərimanov rayon icra hakimiyyətlərinə sorğu məktubları göndərilib. Nəticədə məlum olub ki, M.Bədəllinin mülkiyyətində bir neçə mənzil var. Belə ki, M.Bədəlliyə 1988-ci ildə Nizami rayon İcraiyyə Komitəsi tərəfindən Nizami rayonunda, Babək prospekti, ev 71 ünvanında, kooperativ evdə yaşayış sahəsi 28.82 kv.m, ümumi sahəsi 47 kv.m olan 2 otaqlı mənzilə order verilib və hazırda həmin binada yaşayır. Bundan başqa, M.Bədəllinin əlil olduğunu nəzərə alaraq, 2009-cu ildə 4 nəfərdən ibarət ailəsinə Nərimanov rayonu, Ə.Rəcəbli küşəsi, ev 46 ünvanında, yaşayış sahəsi 38.4 kv.m, ümumi sahəsi 70.1 kv.m olan daha 2 otaqlı mənzil verilib. Həmçinin o, Babək prospekti ev 71 ünvanında, mənzili yerləşən binanın qarşısında, 1-ci mərtəbəsi qaraj olan 2 mərtəbəli ev inşa etdirib.
AMEA tərəfindən M. Bədəllinin müraciətlərinə dəfələrlə baxılmasına və məsələ ilə bağlı ona ətraflı izahatlar verilməsinə baxmayaraq, ərizəçi onun ailəsinə təcili mənzil ayrılması tələbini irəli sürür.
Sonuncu müraciətlərində isə o, özünün intihara sürüklənməsi iddiası ilə dəfələrlə Akademiya rəhbərliyini hədələyib.
31 iyul 2015-ci il tarixdə M.Bədəlli AMEA-nın Rəyasət Heyəti binasının qarşısında intihara cəhd edərkən Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən bölməyə aparılıb və dilindən izahat alınaraq sərbəst buraxılıb.
***
10:41
Bakıda intihara cəhd olub.Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neftkimya Prosesləri İnstitunda elmi işçi vəzifəsində çalışan 1956-cı il təvəllüdlü Bədəlli Məğrub Ağamalı oğlu qolundakı damarları kəsib. 59 yaşlı M.Bədəlli akademiyanın giriş qapısında özünə xəsarət yetirib və daha sonra təcili tibbi yardım maşını ilə 3 saylı təcili tibbi yardım stansiyasına aparılıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, M.Bədəlli AMEA-dan ev tələb edir. O, bildirib ki, növbəyə yazılsa da, ona hələ də ev verilməyib.
Qeyd edək ki, damarını doğrayan şəxsin adı bir sıra qalmaqallı məsələlərdə hallandırılır. M.Bədəlli bir sıra dövlət təşkilatlarını və nazirlikləri məhkəməyə verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi