Dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa 9 il iş istədi

img

06-08-2015 [12:39]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və onun əri Arif Yunusun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi başlanıb.

Modern.az saytı xəbər verir ki, dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istəyib.

Qeyd edək ki, Leyla və Arif Yunuslar dələduzluq, vergi ödəməkdən yayınmaqda ittiham olunurlar.

Prokuror da məhz bu ittihamlar əsasında cəza kəsilməsini tələb edib.Onlar barəsində Cinayət Məcəlləsinin Dövlətə xəyanət maddəsi ilə açılan cinayət işi isə ayrı icraata verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA