Havanın temperaturu düşür, yağış yağacaq - Nazirlikdən açıqlama

img

05-08-2015 [18:12]


Azərbaycan ərazisində sabah şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı düşəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcək. Gün ərzində əsən şimal-qərb, şimal küləyi arabir güclənəcək. Gecə 23-26, gündüz 30-35 dərəcə isti qeydə alınacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28˚, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29˚, Türkan, Hövsan, Şıx, Sahildə 29-30˚ isti təşkil edəcək.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə müsbət 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA