Hüquq müdafiəçisi “Bandotdel”ə banka borcuna görə çağırılıb- DİN

img

05-08-2015 [17:15]


Daxili İşlər Nazirliyi "Sumqayıt gənclərinin hüquqi maarifləndirilməsi” İctimai Birliyinin sədri və "Yüksəliş naminə” on-line nəşrinin redaktoru Elçin Məmmədinnin dünən DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, bəzi mətbuat orqanlarında Elçin Məmmədin avqusun 4-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılması barədə məlumat yayılıb:

"O, mətbuata açıqlamasında qeyri-səmimilik göstərərək polisə dəvət olunmasının səbəbi kimi, guya özünün ictimai-siyasi fəaliyyətini göstərməklə yalan danışıb. E.Məmmədin polisə dəvət olunmasının və ölkədən çıxışına məhdudiyyət qoyulmasının əsl səbəbi heç də özünün iddia etdiyi kimi onun QHT rəhbəri kimi fəaliyyətilə bağlı deyil. Bunu onun özü də yaxşı bilir, çünki polisə dəvət olunanda çağrılmasının səbəbini ona ətraflı izah ediblər... Səbəb isə E.Məmmədin Beynəlxalq Bankdan götürdüyü və ödəmədiyi pul kreditidir. O öhdəliyinə əməl etməyərək götürdüyü krediti banka qaytarmır və qaytarmaq da istəmir. Ona izah olunub və tələb edilib ki, bankın kreditini götürdüyü öhdəliyə uyğun ödəməlidir. Bu xəbərdarlıqdan sonra o sərbəst buraxılıb.

Orada ona guya psixoloji təzyiq göstərilməsi barədə dedikləri də ağ yalan və uydurmadır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA