Ziya Məmmədovdan sərt addım: Nazir 8 nəfəri işdən qovdu

img

05-08-2015 [13:33]


Nəqliyyat Nazirliyində də kadr dəyişikliyinə strat verilib.

Mia.az Baku.ws-ə istinadən xəbər verir ki, avqust ayının 3-də nazirlikdə baş tutan iclasdan sonra qurumda dəyişikliklərə start verilib. 

İclasda Avropa Oyunları ərəfəsində şəhərdaxili sərnişindaşımada qeydə alınan bir çox qüsurlar müzakirə olunub. Əsasən sərnişin avtobuslarının iştirakı ilə qeydə alınan qəzalar müzakirə olunub.

Müzakirədən sonra Nəqliyyat Nazirliyinin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən çıxarılıb. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar.

İclasda sərnişindaşımada mövcud problemlər müzakirə olunub və işin keyfiyyətini yüksəltmək üçün lazımı qərarlar qəbul olunub.

Onu da qeyd edək ki, həmin görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunmuşdu. E.Abdullayevin isə nazirin oğlu Anar Məmmədovun yaxın dostu olduğu da bildirilir...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA