"Nazir öz sərt göstərişlərini verdi, dedi ki..." - Komitə sədri

img

05-08-2015 [12:12]


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb.

Mia.az AzVision.az-a istinadən xəbər verir ki, E.Behbudov görüş haqda danışarkən deyib ki, nazirlə insan hüquqları və azadlıqları ilə bağlı müzakirə aparılıb:

"Müavinim Elçin Şirinovla birlikdə keçirdiyimiz monitorinqlərin nəticələrini cənab nazirə çatdırdıq. Görüşdə nazirin diqqətinə çatdırdım ki, Bakıdakı polis bölmələrində 3 saata qədər saxlanma yerləri olmalıdır. Bəzi bölmə rəisləri həmin yerləri ləğv edib və anbara çeviriblər. 

Nazir isə öz sərt göstərişlərini verdi və dedi ki, bu problem dərhal aradan qaldırılacaq. O, bizim apardığımız monitorinqlərin nəticələrindən razı qaldığını da bildirdi. Ramil Usubov çox peşəkar nazirdir və öz işini hər kəsdən yaxşı bilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA