04-08-2015 [21:05]
Son günlər Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovla bağlı mediada gedən yazılar başçını əməlli-başlı qəzəbləndirib. İş o yerə çatıb ki, başçı kabinetində bu məsələ ilə bağlı fövqəladə toplantı keçirərək, nəinki şübhələndiyi fiqurların adlarını dilə gətirib, hətta onlara yaxın şəxslərin cəzalandırılacağını da bildirərək, işçilərinə daha "yadlarla" əlaqə saxlamamağı tapşırıb.
Bu haqda məlumat verən mənbənin dediyinə görə, İcra başçısı toplantı başlayan ərəfədə özünü nə qədər sakit və təmkinli aparmağa çalışsa da, sonradan hirsini gizlədə bilməyib və işçilərini əməlli-başlı tənbeh edib, onları "evin sirrini” yaymaqda suçlayaraq "nakişilik etməməyə” səsləyib, toplantıdan sonra isə əksər işçilərlə təmaslarını kəsib: "Artıq İcra Hakimiyyətinin binasında əvvəlki şadyanalıqdan əsər-əlamət qalmayıb. Hamı tikan üstə oturubmuş kimi, gərginlik içində aqibətinin nə olacağını gözləyir. Çünki istənilən an başçı istənilən şəxsi çağıra və "sən Kəmaləddin Heydərova işləyirsən”, "sən Faiq Mehbalıyevə işləyirsən” ittihamıyla qova bilər”.
Mənbənin Strateq.az-a dediyinə görə, hazırda Xaləddin İskəndərov onun vurulmasına yönəlik məlumatların mediaya sızmasında daha çox Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu suçlu bilir və onun haqqında bu qədər dəqiq məlumatların əldə edilməsində isə Binəqədi MTN-nin sabiq rəisi Faiq Mehbalıyevdən şübhələnir.
Mənbə deyir: "Məlumdur ki, bina yanğınından dərhal sonra Xaləddin İskəndərov birbaşa Fövqəladə Hallar Nazirliyini, dolayısı ilə nazir Kəmaləddin Heydərovu hədəfə gətirdi. Başçı ölkə mətbuatına müsahibə verərək, üzlüklərə rəyi adıçəkilən nazirliyin verdiyini deyərək, suçun istiqamətini dəyişməyə cəhd göstərdi. Çox böyük ehtimalla, o və istintaqa cəlb olunan yaxın ətrafı bu məzmunda ifadə də veriblər. Təbii ki, onun bu sayaq davranışları ölkənin ən güclü hakimiyyət qruplaşmalarından birini qəzəbləndirməyə bilməzdi. Diqqət edirsinizsə, son aylar daha çox məhz Kəmaləddin Heydərova yaxın sayılan mediada Xaləddin İskəndərovun özü və yaxın ətrafının, hətta ailə üzvlərinin hər bir neqativ hərəkətləri barədə daha sərt formada və konkretfaktlarla yazılmış yazılar cəmiyyətə təqdim olunur. Bu, artıq hər kəsin bildiyi həqiqətdir ki, Xaləddin İskəndərovun təmsil olunduğu və vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi qruplaşma ilə «fövqəlnazir»in qruplaşması arasında uzun müddətdir ciddi mübarizə gedir və bu savaş artıq "yanğın olayı" ilə həlledici mərhələyə daxil olub. Artıq Xaləddin İskəndərov da barəsində mediada aparılan kampaniyada Kəmaləddin Heydərovu suçlu bilir və şübhələrini reallıq kimi təqdim edərək, qarşı tərəfi təhdiddən də çəkinmir. O, İcra Hakimiyyətindəki toplantıda, eləcə də müəyyən məclislərdə açıqca deyib ki, "Kəmaləddin Heydərov və bu rayondan qovdurduqlarım mənə yaxın dura bilməzlər və bu hərəkətləri onlara baha başa gələcək”. Başçı "rayondan qovdurduğum” deyərkən, Binəqədi MTN-in sabiq rəisi Faiq Mehbalıyevi nəzərdə tutur və onu Kəmaləddin Heydərovun adamı hesab edir”.

Mənbənin dediyinə görə, Xaləddin İskəndərovun Faiq Mehbalıyevi hədəf seçməsi isə təsadüfi deyil. Bildirilir ki, Xaləddin İskəndərov Binəqədiyə icra başçısı təyin ediləndən sonra rayonda nüfuz edə və ələ ala bilmədiyi əsas vəzifə sahiblərindən biri məhz Binəqədi MTN-in bir müddət əvvəl vəzifəsi başqa rayona dəyişdirilən rəisi Faiq Mehbalıyev olub.
Xatırladaq ki, Faiq Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehbaliyevin doğmaca qardaşıdır. Deyilənə görə, hakimiyyət içərisində ciddi nüfuz sahibi olan bir ailəni təmsil etməsi səbəbindən Faiq Mehbaliyev İcra başçısına olduqca saymazyana münasibət göstərirmiş və başçı onunla münasibətdə özünü qətiyyən rahat hiss etmirmiş, bu səbəbdən də hər vasitə ilə onun rayondan uzaqlaşdırılmasına çalışırmış: "Faiq Mehbalıyevin uzun illər işlədiyi və əməliyyat şəraitini yaxşı bildiyi Binəqədidən qəfil olaraq Bakının başqa bir rayona təyinat alması İcra başçısını o qədər sevindirib ki, hər yerdə bunu öz uğuru kimi təqdim etməyə başlayıb. Dolayısıyla, ona eyham vurur ki, onunla yola getməyənləri dəyişəcək qədər gücə sahibdir...".
Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi