Bakıda yeni polis bölməsi yaradılıb - Rəis isə hələ təyin edilməyib

img

04-08-2015 [17:42]



Bakıda yeni polis bölməsi yaradılıb. Yeni fəaliyyətə başlayan 41-ci Polis Bölməsi Səbail rayon Polis İdarəsinin tərkibində yaradılıb. Yeni bölmənin xidməti ərazisi kimi Badamdar qəsəbəsi müəyyən edilib.

Badamdar qəsəbəsi daha əvvəl 8-ci Polis Bölməsinin ərazisi olub.

Qeyd edək ki, yeni yaradılmış bölməyə hələlik rəis təyin edilməyib. Rəis vəzifəsini rəisin müavini, polis polkovnik-leytenantı Kəmaləddin Həmidov icra edir(Lent.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA