Cavid Qurbanov Ziya Məmmədovun yeznəsini yoxlatdırıb? - AÇIQLAMA

img

04-08-2015 [17:07]


Bir müddət əvvəl mətbuatda yayılan xəbərdə iddia edilirdi ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Şirvan dəmiryol idarəsinin baş mühasibi Rəmzi Kərimovun intiharına səbəb QSC-nin rəhbəri Cavid Qurbanovun xüsusi göstərişi ilə aparılan yoxlama və üzə çıxan külli miqdarda yeyinti, korrupsiya faktlarıdır.

Həmin xəbərdə Cavid Qurbanovun göstərişi ilə yoxlama aparılan Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsinin rəisi Adil Məhərrəmovun nəqliyyat naziri Ziya Məmmədovun bacısının əri olduğu da vurğulanırdı. 

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov Modern.az saytına açıqlamasında bu informasiyanın tamamilə yalan olduğunu bildirib. O qeyd edib ki, Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsində hər hansı yoxlama aparılmayıb: 

"Bunlar hamısı əsası olmayan informasiyadır. Hər hansı yoxlama aparılmayıb və məlumatda qeyd olunduğu kimi, onların qohumluq əlaqələri də yoxdur”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA