Baş prokuror Zakir Qaralov 5 rayonun sakinləri ilə görüş keçirəcək

img

04-08-2015 [15:42]


Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il avqustun 14-də saat 11:00-da Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Tovuz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437 28 79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA