Naxçıvanda 7 kurqan tədqiq edildi, insan qalıqları aşkarlandı - FOTOLAR

img

04-08-2015 [13:34]


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ordubad (Naxçıvan MR) ərazisində fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyası Plovdağ abidələr kompleksində, Dəlmə qalasında və Xaraba-Gilan şəhər yerində tədqiqatları davam etdirməkdədir. 

Bu barədə Mia.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımov məlumat verib.

O, arxeoloji ekspedisiyanın rəhbəri,  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru  Bəhlul İbrahimliyə istinadən deyib ki, cari ilin tədqiqat mövsümünün ilkin mərhələsində  Plovdağın ikinci nekropolunda 7 kurqan tədqiq edilib

"Nəticədə e.ə. III minilliyin sonu-II minilliyin əvvəllərinə aid bu kurqanlarda Urmiya yaxınlığında yerləşən Göytəpə abidəsinin K təbəqəsi keramikasına uyğun gil qablar aşkar edilib. Daha çox Naxçıvanda və Urmiya ətrafı abidələrdə yayılmış bu tip keramika, hər iki bölgənin orta tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir. Hal-hazırda Plovdağda tunc dövrünə aid aşkar edilmiş insan qalıqları (skeletlər), AMEA-nın müxbir üzvü,tarix elmləri doktoru  Vəli Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan-Amerika Beynəlxalq Arxeoloji Ekspedisiyasının üzvü, Çikaqo Universitetinin antropoloqu Selin Elizabeth Nugent tərəfindən tədqiq edilməkdədir".

Məlumatda o da qeyd olunur ki, Naxçıvan Universiteti tarix fakültəsinin birinci kurs tələbələri Xaraba-Gilan arxeoloji ekspedisiyasında iki həftəlik təcrübə keçiblər.
 

kupe-qazint.JPG

skilet-qaz.JPG
nax-arxeloq.JPG
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA