“Azərbaycan Dəmir Yolları” məlumatları niyə gizlədir?

img

04-08-2015 [12:20]


"Standard & Poor’s” - beynəlxalq kredit reytinqi agentliyi "Azərbaycan Dəmir Yolları” QSC-nin "BB+” olan uzunmüddətli korporativ kredit reytinqinin müşahidəsini dayandırıb.

Reytinqin müşahidəsi, "Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə göstəriciləri, əməliyyat fəaliyyəti, daşımaların həcmi, investisiya layihələri və inkişaf perspektivləri haqqında lazımi informasiyların verilməməsinə görə dayandırılıb.

"Standard & Poors” bəyan edib ki, lazımi məlumatlar təqdim olunarsa, reytinq bərpa oluna bilər.
"Əgər məlumatlar 90 gün ərzində verilməyəcəksə, biz reytinqin geri çağırılması imkanlarını nəzərdən keçirəcəyik”, - deyə agentlik bildirib(Azadliq.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA