Ermənilər Qarabağa ağır silahlar yerləşdirib - FOTOLAR, VİDEO

img

04-08-2015 [11:05]


Ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə "Kub” (NATO kodu SA-6 Gainful) zenit-raket kompleksi yerləşdirməsini təsdiqləyən görüntülər üzə çıxıb.

Mia.az "AzeriDefence”yə istinadən xəbəri verir ki, ermənilərin yayımladıqları görüntülər 2014-cü ilin sentyabr ayında çəkilib.

Videodan göründüyü kimi, "Kub” ZRK Dağlıq Qarabağ ərazisində deyil, ətraf rayonlardan birinin ərazisində yerləşib. Arxa fonda azərbaycanlılara məxsus yaşayış məntəqəsinin dağılmış evləri görünür.

Görüntülərdən aydınlaşır ki, Qarabağda bir neçə ədəd "Kub” ZRK mövcuddur. Əvvəlki illərdə işğal altındakı Azərbaycan ərazilərində adıçəkilən ZRK-nin varlığına dair informasiya olmayıb.

"AzeriDefence”nin Azərbaycan HHM sistemində çalışmış zabitlərdən əldə etdiyi məlumata görə, Ermənistan HHMQ-nın silahlanmasında bir "Kub” batareyası mövcuddur. Ötən ilin avqust ayında Azərbaycan hərbi aviasiyası işğal altındakı ərazilər üzərində uçuşlar həyata keçirəndən sonra erməni tərəfi bir neçə "Kub” ZRK-ni Ermənistandan Qarabağa göndərib.

Qeyd edək ki, "Kub” ZRK 1967-1983-cü illərdə istehsal olunub və 9 modifikasiyası mövcuddur. Raketin mənzili 24 km, hündürlük üzrə mənzili 12 km təşkil edir. Hər bir "Kub” buraxıcı maşını üzərində 3 raket yerləşir.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA